Həbs-qətimkan tədbirinin uzadılması üçün əsas arqument istintaqın yekunlaşmaması göstərilib.
"Mətbəxdə siçanlar sərbəst şəkildə gəzir, ərzaq qutularını deşir və yeməkləri yeyirlər".
"Zərbələrdən sonra elə bir gün yoxdur ki, başağrısı, ürəkbulanma, başgicəllənməsi, göz qaralması olmadan ötsün".
AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə Azərbaycanda dövlət propaqandasını alt-üst edən analitik yazılarına görə tanınırdı. Amma bir ildir o özü həbsdə hər gün elə bu propaqandanı eşidir.
5 deputat növbədənkənar sessiyanın çağırılması üçün müraciət edib.
Ukrayna İstanbulda Rusiya ilə danışıqların ikinci raundunda iştirak etməyə hazırdır, ancaq Rusiyadan atəşkəs şərtləri ilə bağlı "memorandum" gözləyir.
İyunun 30-dan etibarən Rusiya ərazisinə vizasız qaydada daxil olan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər planlaşdırılan səfər tarixindən ən azı üç gün əvvəl xüsusi elektron ərizə forması doldurmalı olacaq.
"Conflict Intelligence Team" (CIT) qrupunun hərbi ekspertləri Putinin ayda 50-60 min yeni kontraktlı hərbçi barədə açıqlamasını "tamamilə siyasi xarakterli" hesab edirlər.
Yerevana səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin yüksəkrütbəli nümayəndəsi mayın 29-da Ermənistan rəsmiləri ilə keçirdiyi görüşlərdə ikitərəfli əlaqələri və Ermənistan-Azərbaycan danışıqlar prosesini müzakirə edib.
İndiyədək Rusiya Ukraynaya qarşı apardığı müharibəsində atəşkəslə bağlı Qərbin çağırışlarına müqavimət göstərib. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp da Kiyev və Avropa ölkələrinin Moskvaya qarşı əlavə sanksiyalar tətbiq olunması ilə bağlı çağırışlarına cavab verməyib.
Bu həftə aylardır gözlənən əfv fərmanı verildi, amma hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxslərin adları ora düşmədi.
"İşin qəribə tərəfi odur ki, hələ də bunun mənimlə bağlı olduğu ağlıma gəlmir. Həmin ərazidə hansısa kriminal hadisə baş verdiyini və ya əməliyyat getdiyini düşünüb yerimdə dururam...".
Davamı